“Fələstini ayrıca dövlət kimi tanımağımız üçün əsas yoxdur” - Kansler
Almaniya kansleri Olaf Şolz rəsmi Berlinin Fələstini tanımaq planının olmadığını bildirib.
Redaktor.az xəbər verir ki, kansler bu barədə Portuqaliyanın Baş naziri Luis Monteneqro ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
“Fikrimcə, indi bizim Fələstin Muxtariyyətini ayrıca dövlət kimi tanımağımız üçün heç bir əsas yoxdur”, - Şolz qeyd edib.