Nazirlər Rusiyanın aktivlərinə həbs qoyulması imkanını müzakirə etdi

 22:33 24.05.2024     263

ABŞ-nin maliyyə naziri Janet Yellen və Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bruno Le Maire İtaliyada keçirilən görüşdə Rusiyanın Qərbdə dondurulmuş aktivlərinə həbs qoyulması və Moskvaya qarşı yeni ticarət məhdudiyyətlərinin tətbiqi imkanlarını müzakirə ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, tərəflər Qərbin Rusiyanın dondurulmuş suveren aktivlərindən “Ukraynanın davamlı müqavimətini dəstəkləmək” və onun “uzunmüddətli yenidən qurulması” üçün istifadə etməsinin mümkün yollarını səmərəli müzakirə ediblər.

"Bundan əlavə, Yellen və Le Maire “Rusiyanın silah istehsalı üçün zəruri olan mallara çıxışını məhdudlaşdırmaq yollarını”, o cümlədən “Rusiya müdafiə sənayesini təchiz etməkdə Çinin rolunu” nəzərdən keçirdilər”, - açıqlamada qeyd olunur.

Həmçinin bildirilib ki, tərəflər Çinin həddindən artıq istehsala gətirib çıxaran və ABŞ, Fransa və bütövlükdə dünya iqtisadiyyatlarına təsir edən sənaye siyasəti ilə bağlı fikir mübadiləsi aparıblar.

Turan İSMAYIL