ABŞ Xarkova hücumu dəf etmək üçün Ukraynaya hərbi yardım AYIRDI
ABŞ Rusiya Federasiyası ilə müharibədə Ukraynaya növbəti hərbi yardım paketi ayırıb. Elan edilən paketin həcmi 275 milyon dollardır.
Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi bildirib.
Məlumata görə, yeni hərbi yardım paketinə HIMARS üçün döyüş sursatı, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, TOW, "Javelin" və AT-4 raketləri, dəqiq aviasiya sursatları, atıcı silahlar, döyüş sursatları və başqa silahlar daxildir.
"Ukraynaya Rusiyanın Xarkov yaxınlığındakı hücumunu dəf etməyə kömək etmək səylərimizin bir hissəsi olan bu paket 275 milyon dollar dəyərində qiymətləndirilir. O, Ukraynaya döyüş meydanında ən aktual ehtiyaclarını ödəmək üçün əlavə imkanlar verəcək", - Pentaqonun bəyanatında deyilir.
Müdafiə Nazirliyinin məlumatına görə, hərbi yardım paketinə aşağıdakılar daxildir:
HIMARS üçün döyüş sursatı;
155 mm və 105 mm-lik artilleriya mərmiləri;
60 mm-lik minaatan minaları;
optik izlənilən məftillə idarə olunan (TOW) raketlər;
"Javelin" və AT-4 tank əleyhinə sistemlər;
dəqiq təyyarə sursatları;
atıcı silahlar və əlavə atıcı silahların sursatları və qumbaraatanları;
dağıdıcı sursat;
tank əleyhinə minalar;
avadanlığın bərpası üçün taktiki nəqliyyat vasitələri;
dəbilqələr, zirehlər və kimyəvi, bioloji, radioloji, nüvə mühafizəsi;
ehtiyat hissələri, texniki xidmət və digər köməkçi avadanlıqlar.
Qeyd edək ki, bu, ABŞ-nin Konqresdən yeni maliyyə almasından sonra Ukraynaya ayırdığı beşinci yardım paketidir.
Turan İSMAYIL