ABŞ Müdafiə Nazirliyinin mütəxəssisləri İrəvanda hərbi təlimlərdə iştirak edib
ABŞ Müdafiə Nazirliyinin mütəxəssisləri İrəvanda keçirilən nüvə, kimyəvi və bioloji təhlükələrlə mübarizə üzrə təlimlərdə iştirak ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının "Facebook" səhifəsində mesaj dərc olunub.
“Mayın 20-dən 24-dək İrəvanda kimyəvi, bioloji, radioloji və nüvə amillərinin yaratdığı fövqəladə halların qarşısının alınmasına cavabdeh olan dövlət orqanlarının nümayəndələri tərəfindən birgə qərargah təlimləri keçirilib. Təlimlər Ermənistan Təhlükəsizlik Şurasının əməkdaşlarının koordinasiyası və ABŞ Müdafiə Departamentinin Təhdidlərin Azaldılması Agentliyinin dəstəyi ilə həyata keçirilir”, - məlumatda deyilir.
Açıqlamada qeyd olunur ki, təlim kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinin yayılmasının qarşısının alınması üçün mövcud imkanların və cavab tədbirlərinin monitorinqi və gücləndirilməsinə yönəlib, bu, mövcud hazırlıq və cavab vəziyyətini qiymətləndirəcək, boşluqları, o cümlədən idarələrarası əməkdaşlıq baxımından, və həmçinin milli cavab planının yaradılması üçün əsas təşkil edə bilər.
Turan İSMAYIL