Bu ölkələr Rusiyadan qorunmaq üçün “dron səddi” yaradacaq
Polşa, Finlandiya, Norveç və Baltikyanı ölkələr pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə, sərhədlərini qorumaq üçün “dron səddi” yaradılmasını razılaşdırıblar.
Redaktor.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Litvanın daxili işlər naziri Aqne Bilotayte bildirib.
“Bu, tamamilə yeni bir şeydir - Norveçdən Polşaya qədər uzanan “dron səddi” yaradılacaq. Məqsəd sərhədlərimizi dost olmayan ölkələrin təxribatlarından qorumaq və qaçaqmalçılığın qarşısını almaq üçün PUA-lardan və digər texnologiyalardan istifadə etməkdir”, - o deyib.
Belə “dron səddi” yaratmaq üçün ölkələr sərhəd ərazilərinə nəzarət etmək məqsədilə PUA-lardan, həmçinin PUA əleyhinə sistemlərdən istifadə edəcəklər.
A.Bilotaytenin sözlərinə görə, Litva artıq PUA-ların köməyi ilə sərhədlərinin təhlükəsizliyini gücləndirməyi planlaşdırır. O bildirib ki, Litvanın Dövlət Sərhədini Mühafizə Xidmətində bu yaxınlarda dron bölməsi yaradılıb, əlavə PUA və PUA əleyhinə sistemlər alınır.