Ermənistanda daşqında üç nəfər ölüb

 21:29 26.05.2024     154

Ermənistanın şimalında baş verən daşqın nəticəsində üç nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Fəlakət zonasında üç qurban var. Xilasedicilər Sanain körpüsünün yaxınlığında naməlum vətəndaşın meyitini çıxarıblar. Hağtanak kənd sakini 1948-ci il təvəllüdlü Avaq Avaqyanın meyiti Ayrım kəndindəki futbol meydançasının yaxınlığından çaydan çıxarılıb. 1985-ci il təvəllüdlü Sarıbek Balyanın meyiti Şınıx kəndi yaxınlığında çaydan çıxarılıb”, – DİN-in məlumatında qeyd olunub.