ABŞ ciddi iqtisadi böhranla ÜZ-ÜZƏ
"ABŞ-nin hədsiz miqdarda borcu var ki, bunu ancaq dolların inhisarında saxlamaq olar".
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu VTB-nin baş direktoru Andrey Kostin deyib.
VTB rəhbəri qeyd edib ki, xüsusilə Çin artıq Amerika qiymətli kağızlarına investisiyaları azaltmağa başlayır.
Onun fikrincə, indi dünya qeyri-sabitliklə xarakterizə olunur.
"Qərb öz siyasətinə yenidən baxmasa, məncə, müstəmləkə sisteminin dağıdılması prosesi daha da sürətlənəcək", - Kostin əlavə edib.
Humay İSGƏNDƏRLİ