Cənubi Koreya da təlimlər keçirdi
Cənubi Koreya Respublikasının Hərbi Hava Qüvvələri Şimali Koreyanın mayın 27-dən iyunun 4-dək kəşfiyyat peykini buraxmaq niyyəti barədə açıqlamasına cavab olaraq, F-35A da daxil olmaqla 20-yə yaxın təyyarənin iştirakı ilə təlimlər keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
“Şimali Koreyanın iddia etdiyi hərbi kəşfiyyat peykini orbitə buraxması barədə açıqlamasına cavab olaraq, ordumuz öz imkanlarını və qətiyyətini nümayiş etdirmək üçün zərbə və uçuş vərdişləri üzrə təlimlər keçirib”, - deyə Cənubi Koreya ordusu bildirib.
Təlimlərə F-35A, F-15K və KF-16 da daxil olmaqla 20-yə yaxın Hərbi Hava Qüvvələrinin təyyarəsi cəlb olunub.
Humay İSGƏNDƏRLİ