İtaliya NATO-nun çağırışına qarşı çıxdı
İtaliya hökuməti NATO-nun baş katibi Yens Stoltenberqin müttəfiqlərə Ukrayna Silahlı Qüvvələrinə Rusiyadakı hədəflərə zərbələr endirmək üçün Qərbdən gələn silahlardan istifadə etməyə icazə vermək çağırışına qarşı çıxıb.
Redaktor.az xəbər verir ki, Bu barədə "Euractiv" məlumat yayıb.
Baş nazirin müavini və xarici işlər naziri Antonio Tajani Şimali Atlantika Alyansının baş katibini üzv dövlətlərin hələ kollektiv şəkildə qəbul etmədiyi qərarları açıqlamasına görə qınayıb.
"Biz NATO-nun ayrılmaz hissəsiyik, lakin hər bir qərar kollektiv şəkildə qəbul edilməlidir",- deyə Tajani bildirib.
Humay İSGƏNDƏRLİ