Xankəndinin separatçı "mer"i həbs edildi
Separatçıların nümayəndəsi, Xankəndinin “eks-meri” David Sarkisyan 20 sutka həbs edilib.
Redaktor.az “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan sosial şəbəkədə məlumat yayıb.
Daha əvvəl təhlükəsizlik qüvvələri D.Sarkisyanın evində axtarış aparıblar. O və daha 3 nəfər saxlanılaraq dələduzluqda və 4 avtomobildən oğurluqda ittiham olunub. İstintaq davam edir.