Rusiyada təyyarə məcburi eniş etdi

 20:30 27.05.2024     222

Yüngül mühərrikli təyyarə Pskov vilayətində məcburi eniş edib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi bildirib.

"Mayın 27-də günortadan sonra Pskov vilayətində yüngül təyyarənin təcili eniş etməsi barədə məlumat daxil olub", - məlumatda deyilir.

Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin araşdırma aparılır.

Yusif EYVAZLI