Putinlə şəkil çəkdirən süvari qadın atdan yıxılıb ağır yaralandı

 20:55 27.05.2024     265

Moskvanın şimal-qərbində atdan tullanan Moskva polisinin süvari qadını ağır xəsarətlər alıb.

Redaktor.az mk.ru-ya istinadən xəbər verir ki, ağır xəsarət alan qadın əməliyyat olunacaq.

Hadisə Rusiya Daxili İşlər Nazirliyinin Moskvadakı Baş İdarəsinin 1-ci əməliyyat alayının 31 yaşlı əməkdaşının və onun həmkarlarının patrul xidməti apardığı Stroginski körpüsün həndəvərindəki meşəlikdə baş verib.

Süvari qadın atın üstündən tullanması uğursuz alınıb. O, yerə yıxılandan sonra ayağa qalxa bilməyib.

Botkin Xəstəxanasında həkimlər xəstənin kəllə-beyin travması və ciddi sınığı olduğunu aşkar ediblər. 

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin Moskvadakı Baş İdarəsinin 1-ci əməliyyat alayında 800 əməkdaş xidmət edir və onların üçdə biri qadınlardır.

5 il əvvəl həmin qadın 8 mart ərəfəsində atın üstündən Prezident Vladimir Putinlə yan-yana şəkil çəkdirib.

Sultan AYXAN