Avropada qazın qiyməti qalxıb

 21:27 27.05.2024     169

Mayın 27-də Avropada qazın qiyməti təxminən üç faiz artıb.

Redaktor.az xəbər verir ki, yanacağın qiymətinin bahalaşdığını "London ICE" birjasının məlumatları göstərir.

İyulda tədarük üçün qazın birja qiyməti min kubmetr üçün 393 dollara yüksəlib ki, bu da ötən günün qiymətləri ilə müqayisədə 2,8 faiz artıb. Gün ərzində qazın qiyməti 398,3 dollara qalxıb.

Bundan əvvəlki rekord qiymət mayın 23-də qeydə alınıb.

Yusif EYVAZLI