Daha bir ölkə Fələstini tanımaq məsələsinə baxacaq
Mayın 30-da Sloveniya Respublikası hökuməti Fələstinin tanınması məsələsinə baxacaq.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Robert Qolob deyib.
"Son günlərdə keçirilən bir sıra məsləhətləşmələrdən sonra qərara gəldim ki, kabinet parlamentin aşağı palatasında növbəti səsvermə üçün Fələstinin tanınması məsələsinə baxacaq", - Qolob bildirib.
Siyasətçi vurğulayıb ki, Sloveniya BMT Təhlükəsizlik Şurasının məsul üzvü kimi Yaxın Şərqdə davamlı sülhün bərqərar olması üçün əlindən gələni etməyə borcludur.
Mayın 22-də İrlandiya, İspaniya və Norveç hakimiyyəti Fələstinin dövlətçiliyini tanımaq qərarını açıqlayıb.
Yusif EYVAZLI