Məhəmməd Qalibaf yenidən İran parlamentinin sədri seçilib
Məhəmməd Bağer Qalibaf yenidən İran parlamentinin sədri seçilib.
Redaktor.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Bildirilib ki, 198 səs toplayan M. Qalibaf bir il müddətinə 12-ci parlamentin (İslam Şurası) sədri seçilib.
Parlament sədri vəzifəsinə digər namizədlər Müctəba Zülnuri və Mənuçöhr Mutaki müvafiq olaraq 60 səs və 5 səs toplayıb.