İrlandiya Fələstini rəsmən tanıdı

 16:24 28.05.2024     161

İrlandiya Fələstini müstəqil dövlət kimi rəsmən tanıyıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İrlandiyanın xarici işlər və müdafiə naziri Mixol Martin bildirib.

“Hökumətin bugünkü qərarı Fələstin dövləti ilə tam diplomatik münasibətlərin qurulmasına icazə verir”, - o qeyd edib.

M.Martin əlavə edib ki, Fələstinin İrlandiyadakı diplomatik missiyasının statusu Fələstin hakimiyyətinin Dublinə bu rəsmi müraciətindən sonra səfirliyə qədər qaldırılacaq.