Qəzzada iki məhbus döyülərək öldürülüb

 09:38 29.05.2024     239

İsrail Müdafiə Qüvvələri (IDF) daxili araşdırma aparıb, əsgərlərin Qəzza zolağında iki fələstinli məhbusu döyüb öldürdüklərini təsbit ediblər. 

Redaktor.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.

İstintaq göstərib ki, məhbuslar təcridxanaya gedərkən yolda ölənəcən döyülüblər.

Nəşrin məlumatına görə, hadisə ilə bağlı bir neçə hərbçi dindirilib, lakin saxlanılanların ölümünə səbəb olmaqda şübhəli bilinən heç kim həbs edilməyib.

Qəzet bundan əvvəl Qəzzadan olan azı 27 məhbusun İsrail hərbi həbsxanalarında öldüyünü bildirib.

Humay İSGƏNDƏRLİ