"Zelenski hakimiyyəti zorla ələ keçirib..." - Volodin

 10:00 29.05.2024     268

"Ukrayna prezidenti Vladimir Zelenski səlahiyyət müddəti bitdikdən sonra hakimiyyətdə qalaraq dövlət cinayəti törədib".

Redaktor.az "Gazeta.ru"ya istinadən xəbər verir ki. bunu Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün Telegram kanalında bildirib.

Parlamentarin sözlərinə görə, Zelenskinin qərarı Ukrayna konstitusiyasına ziddir və hakimiyyətin zorla ələ keçirilməsidir.

Humay İSGƏNDƏRLİ