Bu ölkə Ukraynaya 1,26 milyard dollar ayıracaq
İsveç hökuməti İsveç Demokratları Partiyası ilə Ukraynanın hava hücumundan müdafiə sistemlərini gücləndirmək üçün 13,3 milyard krondan çox (1,26 milyard dollar) vəsaitin ayrılması barədə razılığa gəlib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveç Baş nazirinin müavini, energetika, biznes və sənaye naziri Ebba Buş mətbuat konfransında bildirib.
“Yardım paketinə Ukraynanın prioritetləri siyahısında olan avadanlıqlar daxildir. Söhbət iki “ASC 890” (kəşfiyyat təyyarəsi), artilleriya sursatları və zirehli texnika ilə hava hücumundan müdafiə sistemlərini gücləndirməkdən gedir”, - o qeyd edib.
Yeni hərbi yardım paketi son iki ildə 16-cı olacaq. İsveç hökuməti bu yaxınlarda Ukraynaya 2024-cü ildən 2026-cı ilə qədər olan dövr üçün 75 milyard kron (7,09 milyard dollar) məbləğində uzunmüddətli hərbi dəstək proqramını təqdim edib. Krallıq artıq Kiyevə humanitar, maliyyə və hərbi yardım şəklində 50 milyard kron (4,73 milyard dollar) ayırıb.