"Turist istəmirik!" - Bu ölkədə minlərlə insan etiraza qalxdı

 12:46 29.05.2024     224

İspaniyanın turizm regionlarından olan Malyorka adasında minlərlə insan turistlərin sayının artmasına etiraz əlaməti olaraq yürüş keçiriblər.

Redaktor.az xəbər verir ki, adada 15 mindən çox insan şənbə günü "Turistlər, evinizə dönün" və "Malyorka satılmır" yazılı plakatlarla küçələrə çıxıb.

Etirazçılar adada daha çox turist istəmədiklərini bildiriblər. Onlar nümayiş zamanı axşam yeməyi üçün restoranları dolduran xarici turistləri fitə basıblar. Təşkilatçılar bildirib ki, adaya çoxlu turistin gəlməsi kirayələrin və bütün xidmətlərin bahalaşmasına səbəb olub.

Mayorkalılar deyirlər ki, onları təkcə qiymətlərin yüksəlməsi deyil, həm də turistlərin səs-küylü əyləncəsi narahat edir.

Turizmin nəzarət altına alınmasını istəyən qruplar daşınmaz əmlakın xaricilərə satışını məhdudlaşdırmağı də tələb edirlər.