NATO-nun hərəkətləri Rusiyanın bu müqavilədən çıxmasına səbəb ola bilər - XİN

 13:38 29.05.2024     239

Rusiya orta və daha qısa mənzilli raket sistemləri (INF) ilə bağlı qərarları NATO ölkələrinin hərəkətləri ilə əlaqələndirəcək, alyansın aqressiv təzahürləri isə “cədvəllərin sola sürüşməsinə” səbəb ola bilər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

“Müvafiq tədqiqat işlərinin aparıldığını və prinsipcə bu cür sistemlərin yaradılması üçün tədbirlər kompleksinin elan edilməsi, bir neçə il əvvəl hazırlanıb.
Hesab edirəm ki, NATO-nun bizə qarşı getdikcə daha aqressiv təzahürləri və onlara, bu təzahürlərə, bu sahədə mümkün olan ən sərt cavabın verilməsi zərurəti də qrafiklərin sağa yox, sola sürüşməsi baxımından müəyyən təsir göstərə bilər", - o deyib.

Turan İSMAYIL