Qaqauziya sakinləri Moldovanın Rumıniyaya daxil olmasını dəstəkləməyəcəklər - Yevgeniya Qutsul

 15:23 29.05.2024     243

“Qaqauziya sakinləri öz yollarını referendumda seçiblər, burada 95%-dən çoxu Moldova Respublikasının müstəqilliyini itirdiyi təqdirdə xarici öz müqəddəratını təyinetmə hüququmuzu qoruduğumuza səs verib. Hələ 10 il keçsə də, sakinlərimiz də eyni fikirdədir”.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Qaqauziya muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul bildirib.

Qeyd edək ki, 2014-cü ilin fevralında muxtariyyət ərazisində referendum keçirilib və onun iştirakçıları Moldovanın Rusiya, Belarus və Qazaxıstanın Gömrük İttifaqına inteqrasiyasının lehinə çıxış ediblər. Onlar həmçinin Moldovanın Rumıniyaya qoşulacağı təqdirdə “təxirə salınmış muxtariyyət statusu” ideyasını dəstəkləyib, həmçinin Aİ inteqrasiyasına qarşı çıxıblar. Kişinyovda bu plebisit qeyri-qanuni elan edilib və onun təşkilatçılarına qarşı cinayət işi açılıb.

Xatırladaq ki, 19 avqust 1990-cı ildə Qaqauz Respublikasının elan edilməsi münaqişə ilə nəticələndi, Kişinyov bunu güc yolu ilə həll etməyə çalışdı, lakin sovet qoşunları qan tökülməsinin qarşısını aldı. Sonra Kişinyov və Komrat nümayəndələri danışıqlar masası arxasına əyləşdilər və 1994-cü ilin dekabrında Moldova parlamenti Qaqauz muxtariyyətinin xüsusi statusu haqqında qanun qəbul etdi.

Turan İSMAYIL