Qazaxıstanın xüsusi xidmət orqanları iki terror aktının qarşısını alıb
İlin əvvəlindən Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları iki terror aktının qarşısını alıblar.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin mətbuat xidməti respublikanın Milli Təhlükəsizlik Komitəsinin sədri Ermek Saqimbayevlə görüşündən sonra məlumat verib.
“İlin əvvəlindən iki terror aktının, o cümlədən xarici tərəfdaşlarla birgə həyata keçirilən terror aktının qarşısı alınıb. Daha 22 nəfər barəsində məhkəmə araşdırmaları davam etdirilir”, - məlumatda deyilir.
Turan İSMAYIL