“O vaxtdan mən qaçmağa başladım" - Almaniya kansleri
Almaniya kansleri Olaf Şolz idmana həvəsini olduqca gec kəşf etdiyini və məktəbdə bədən tərbiyəsindən həmişə yalnız qənaətbəxş qiymətlər aldığını bildirib.
Redaktor.az xəbər verir ki, bu abrədə DPA agentliyi məlumat yayıb.
“Yeniyetmə ikən çox idmansız idim, yaxşı bacardığım yeganə şey üzgüçülük idi. Bunu erkən öyrənməyə başladığım üçün hətta DLRG sertifikatı aldım. Və məndə həmişə qiymətlər 4 olurdu. Tam idmansızlığın əlaməti”, - deyə Şolz Almaniyada iyunun 14-dən iyulun 14-dək keçiriləcək futbol üzrə Avropa çempionatından əvvəl deyib.
Kansler 40 yaşını tamamladıqdan sonra həyat tərzini dəyişdiyini bildirib. “O vaxtdan mən qaçmağa başladım, bunu həftədə iki-üç dəfə edirəm” - deyən Şolz 50 yaşından sonra avarçəkməyə də başladığını qeyd edib: "İndi idman həyatımın bir hissəsinə çevrilib - qaçış, velosiped sürmək, avarçəkmə, gəzinti".
Şolz qaçış zamanı musiqi dinləyənlərdən olmadığını da qeyd edib.
Turan İSMAYIL