ABŞ Qəzza ilə bağlı qətnamayə ehtiyac görmədi

 18:15 29.05.2024     296

Birləşmiş Ştatlar hesab edir ki, BMT Təhlükəsizlik Şurasında Qəzza zolağı ilə bağlı yeni qətnamənin qəbulu faydalı olmayacaq və mövcud vəziyyətə təsir göstərə bilməyəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-nin dünya təşkilatındakı daimi nümayəndəsinin müavini Robert Vud məlumat verib.

“Mövcud vəziyyətlə bağlı hər hansı əlavə qətnamə yəqin ki, faydalı olmayacaq və yerdəki vəziyyəti dəyişməyəcək”, - deyə o bildirib.

Xatırladaq ki, daha əvvəl Əlcəzair BMT Təhlükəsizlik Şurasına Rəfahdakı döyüşləri dayandırmağa çağırılacaq bir qətnamə layihəsi təqdim edəcəyini açıqlayıb.

Turan İSMAYIL