NATO Ukrayna üzrə xüsusi nümayəndə təyin edə bilər

 18:33 29.05.2024     213

Şimali Atlantika Alyansı (NATO) Ukrayna üzrə özünün xüsusi nümayəndəsini təyin etmək imkanını nəzərdən keçirir.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Culian Smit bildirib.

O, bu məsələnin iyulda keçiriləcək NATO sammitində müzakirə ediləcəyini bildirib. Potensial xüsusi elçinin rolu Kiyevi dəstəkləmək üçün NATO daxilində müxtəlif səylərə rəhbərlik etməkdir.

Mayın 29-da Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib ki, Ukraynanı xilas etməyin yeganə yolu onu NATO ölkələrinin kollektiv müdafiəsinə daxil etməkdir.

Həmin gün Britaniyanın "Teleqraf" qəzeti Ukrayna Prezidenti Volodimir Zelenskidən alyansa qoşulması ilə bağlı Ukraynaya təzyiq etməməyi xahiş etdiyini yazıb.

Bir gün əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, indi Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri Ukrayna üçün ən çətin dövr gəlib çatıb.

Turan İSMAYIL