Rusiyada "YouTube"un analoqu təqdim oluna bilər

 18:41 29.05.2024     234

İyunun sonunda "YouTube"un daha bir analoqu Rusiyada təqdim olunacaq.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Anton Qorelkin bildirib.

“Tezliklə, iyunun sonunda ROCIT komissiyasında "YouTube"un daha bir mümkün analoqu təqdim olunacaq... Amma hələ ki, 100% analoq yoxdur”, - deyə o, jurnalistlərə bildirib.

Deputat həmçinin hesab edir ki, xarici hostinq provayderlərinə və onların resellerlərinə təzyiqlər davam etdirilməlidir. Hazırda “desant” qanununu pozanlara qarşı görülən tədbirlər yetərli deyil və təzyiqləri davam etdirmək, həmçinin reklamlara qadağa qoymaq lazımdır.

"Bu gün mən "Roskomnadzor"a xarici hostinq provayderlərinə təsir göstərmək üçün müxtəlif tədbirlərin nəzərdən keçirilməsi xahişi ilə rəsmi müraciət göndərdim", - deputat əlavə edib.

Turan İSMAYIL