BMT Ukrayna üzrə sülh konfransında iştirak edəcək - Bu tarixdə
Birləşmiş Millətlər Təşkilatı (BMT) iyunun 15-dən 16-dək İsveçrədə Ukrayna üzrə keçiriləcək sülh konfransında iştirak edəcək.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki , bu barədə baş katib Antonio Quterreşin ofisi məlumat yayıb.
“BMT İsveçrədə keçiriləcək sülh konfransında müşahidəçi qismində çıxış edəcək. Biz mütləq iştirak edəcəyik”, - məlumatda bildirib.
Yusif EYVAZLI