Fransada apteklər bağlanacaq
Fransa əczaçılarının həmkarlar ittifaqı cümə axşamı bütün ölkə boyu tətil elan edib.
Redaktor.az xəbər verir ki, əczaçılar bu yolla "diqqəti dərman qıtlığına yönəltmək, maaşların artırılmasına nail olmaq və dərmanların onlayn satışının yayılması ilə razılaşmadıqlarını" ifadə etmək niyyətindədirlər.
Məlumata görə, 20 mindən çox aptek tətildə iştirak edə bilər.
Fransada hazırda 5000-dən çox adda dərman çatışmazlığı var. Əczaçıların həmkarlar ittifaqı bildirir ki, hər beş reseptdən dördünün dərman təminatında problemlər yaranır.