Aİ Macarıstanı cəzalandıracaq

 09:36 30.05.2024     166

Aİ ölkələri Macarıstanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyi və Budapeştin Kiyevə yardım göstərməsinə müqaviməti fonunda öz nümayəndələrini Avropa Komissiyasında yüksək vəzifələrə buraxmamaqla bu ölkəni “cəzalandırmaq” niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazıb.

Qəzetin yazdığı kimi, Orbanın Rusiya prezidenti Vladimir Putinlə “isti” münasibətləri və Ukraynaya qarşı “obstruksiya”sı Budapeştin Avropa Komissiyasında əsas yeri almayacağı anlamına gəlir.

Humay İSGƏNDƏRLİ