İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı
İranda 14-cü növbədənkənar prezident seçkiləri üçün namizədlərin qeydiyyatı başlayıb və iyunun 3-dək davam edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə İranın "İSNA" İSNA agentliyi məlumat yayıb.
İyunun 4-dən etibarən bütün qeydiyyatdan keçmiş şəxslərin namizədlikləri Qəyyumlar Şurası tərəfindən yeddi gün ərzində ərizəçinin səlahiyyətlərinə və prezident vəzifəsi üçün ixtisaslarına uyğunluq baxımından nəzərdən keçiriləcək.
Təsdiq edilmiş namizədlərin yekun siyahısı iyunun 11-də elan ediləcək. Siyahı dərc edildikdən sonra hər kəsin təşviqat üçün 15 gün vaxtı olacaq.
Humay İSGƏNDƏRLİ