Çin Rusiya ilə əməkdaşlığı gücləndirir

 10:25 30.05.2024     185

Çin beynəlxalq təhlükəsizliyi gücləndirmək məqsədi daşıyan Rusiya ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə razıdır.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bunu  Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Rusiya-Çin əməkdaşlığı beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlib və beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir",- deyə diplomat bildirib.

Onun sözlərinə görə, bu cür tədbirlər heç bir üçüncü ölkəyə qarşı yönəlməyib.

Humay İSGƏNDƏRLİ