İtaliyada neofaşizm güclənir

 10:48 30.05.2024     226

İtaliyanın Milan şəhərində bir qrup neofaşist radikal kütlə sağçı Sergio Ramellinin şərəfinə nümayiş təşkil edib.

Redaktor.az bu barədə BBC-yə istinadən məlumat verir. 

Bildirilir ki, yeni "qaraköynəklilər" müxtəlif şüarlar səsləndirir və radikal çağırışlar edirlər. İtaliyanın ikinci böyük şəhəri olan Milanda yaşanan bu hadisələr Avropada birmənalı şəkildə qarşılanmayıb. 

Hətta məhşur “La Republica” qəzetinin əməkdaşlarından birinin öz yazılarına görə neofaşist qruplaşmalar tərəfindən təhdidlərə də məruz qaldığı iddia olunur.

Bütün bunların fonunda hakim “İtaliyanın qardaşları” partiyasından olan Corciya Meloninin radikal sağmeyilli siyasəti də Avropada nəzərlərdən yayınmır.

Onun vaxtilə Mussolinini siyasətçi kimi tərif yağışına tutması hələ də unudulmamaqdadır.

Yusif SƏMƏDZADƏ