İrəvanda aksiyaçılar Paşinyanın ofisinə hücum etdi

 11:50 30.05.2024     222

İrəvanda polislə “Vətən Uğrunda Tavuş” hərəkatının Ermənistan hökumətinin binası qarşısındakı itaətsizlik aksiyası keçirən iştirakçıları arasında toqquşma olub.

Redaktor.az-ın “news.am”a istinadla məlumatına görə, polis onlardan yolun hərəkət hissəsindən çıxmağı tələb edib, lakin kütlə buna tabe olmayıb.

Nəticədə polis bir neçə nəfəri saxlayıb. Qeyd edək ki, bu dəqiqələrdə hökumətin iclası keçirilir.

Vumart və Güvən reklamı Vumart Güvən