Məşhur aviaşirkət irqçiliyə görə məhkəməyə verildi
ABŞ-də afro-amerikalılar “American Airlines” şirkətini irqi ayrı-seçkiliyə görə məhkəməyə verir.
Redaktor.az bu barədə BBC-yə istinadən məlumat verir.
Bildirilir ki, “American Airlines”-dan istifadə edən üç afro-amerikalı sərnişin sözügedən şirkətdən məhkəməyə şikayət edib.
şikayətçilər aviadaşıyıcının bədən qoxusu iddiası ilə onları uçuşdan qısa müddətə uzqlaşdırdığını qeyd ediblər.
Sonradan şirkətin həmin şəxsləri növbəti reyslə mənzil başına çatdırılacağına dair vəd verməsinə baxmayaraq bu baş tutmayıb.
“American Airlines”-dan şirkətinin açıqlamasında isə qeyd edilir ki, məsələylə bağlı bütün iddialar çox ciddi şəkildə nəzərə alınır və xoşagəlməz hadisə araşdırılır:
" Qarşı tərəfin iddialar bizim əsas dəyərlərimizi əks etdirmir".
Yusif Səmədzadə