Britaniya parlamenti işini dayandırdı
Böyük Britaniya parlamenti iyulun ümumi seçkilərlə əlaqədar mayın 30-da işini dayandırıb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, parlamentin hər iki palatasında bütün işlər tamamlanıb. Deputat yerlərinin hamısı 2024-cü il iyulun 4-də keçiriləcək ümumi seçkilər başa çatana qədər boş qalır.
Qeyd edək ki, Britaniyada parlamentin seçkidən əvvəl buraxılması standart prosedurdur.
İyulun 9-da parlament spikerin seçilməsi və deputatların and içməsi üçün yeni tərkibdə toplanacaq. Parlamentin açılış mərasimi iyulun 17-nə təyin edilib.