"ABŞ-nin məqsədi regional işlərə qarışmaqdan başqa bir şey deyil"

 17:48 30.05.2024     172

ABŞ naviqasiya azadlığı prinsipindən sui-istifadə edərək təxribatlar törədir və digər ölkələrin daxili işlərinə qarışır.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Qian deyib.

"Birləşmiş Ştatlar gəmiçilik azadlığı məsələsini dəfələrlə qaldırıb. Onların məqsədləri regional işlərə qarışmaqdan və hegemonluğunu saxlamaqdan başqa bir şey deyil. Biz gəmiçilik azadlığının təmin edilməsi bəhanəsi ilə dövlətlərin suverenliyinə xələl gətirən təxribatlara qəti şəkildə qarşıyıq", - deyə Vu Qian bildirib.

Humay İSGƏNDƏRLİ