Ukrayna ABŞ ilə münasibətlərinin gərginləşdiyini açıqladı

 20:28 30.05.2024     233

Ukrayna və ABŞ heç vaxt olmadığı qədər bir-birindən uzaqdır.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti Ukrayna hökumətinin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqtonla Kiyev arasında münasibətlərdə vəziyyət çox gərgindir. Bir sıra digər Ukrayna rəsmiləri də qeyd ediblər ki, ABŞ-nin “sülh sammiti”nə dəstəyinin olmaması Ukrayna hakimiyyəti üçün ABŞ və digər Qərb tərəfdaşları ilə münasibətlərdə yaranmış bir çox problemlərdən yalnız biridir.

Yusif EYVAZLI