"Rusiya ərazisində alman tanklarından istifadə edilməlidir" - Almaniyalı deputat
Almaniya Sosial Demokrat Partiyasından Bundestaqın Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Mixael Rot bildirib ki, ölkəsi Ukrayna Silahlı Qüvvələrinə Rusiya Federasiyasındakı hədəflərə Almaniya istehsalı raket zərbələri endirməyə icazə verilməlidir. Rusiya ərazisində alman tanklarından istifadə edilməlidir.
Redaktor.az bu barədə xarici mediaya isitandən xəbər verir.
Onun sözlərinə görə, Ukrayna Qərbin istehsal etdiyi və təchiz etdiyi silahlarla Rusiya hədəflərinə hücum edərsə, beynəlxalq hüquq pozulmayacaq.
O qeyd edib ki, özünü “sülhməramlı” hesab edir, çünki onun fikrincə, sülhə ancaq silah tədarükü ilə nail olmaq olar.
Alman tanklarının Rusiya ərazisində döyüşə biləcəyi ilə bağlı sualı cavablandırarkən, o, deyib ki, alman "Leopard" tankları Ukraynanı azadlıq mübarizəsində dəstəkləyirlər.
Bundan əvvəl Britaniya, Fransa, Polşa, İsveç, Çexiya, Finlandiya, Hollandiya, Kanada, Litva, Latviya və Estoniyanın Rusiyadakı hədəflərə qarşı silah istifadəsinə icazə verdiyi bildirilirdi. “The New York Times” və “Politico”nun yazdığına görə, Co Bayden və Olaf Şolz da Kiyevə belə icazə verməyə yaxındırlar.
Turan İSMAYIL