Mask bu xəbərləri təkzib etdi
İlon Mask noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərində Respublikaçının qalib gələcəyi təqdirdə Donald Trampa məsləhətçi təyin olunma ehtimalını heç vaxt müzakirə etmədiyini deyib.
Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.
“Potensial Tramp administrasiyasındakı rolumla bağlı heç bir müzakirə aparılmayıb”, - milyarder özünün "X" səhifəsində yazıb.
Yusif EYVAZLI