Pentaqon ABŞ silahlarının Rusiyada istifadəsi ilə bağlı mövqeyini AÇIQLADI
ABŞ-nin Kiyevə verdiyi silahlar Ukrayna ərazisində istifadə üçün nəzərdə tutulub, bu, dəyişməyib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.
“Bizim mövqeyimiz dəyişməyib. Ukraynaya göstərdiyimiz hərbi yardım Ukrayna ərazisində istifadə olunmalıdır”, -o deyib.
Sinq qeyd edib ki, Pentaqon Rusiya daxilində hücumları təşviq etmir və ya asanlaşdırmır.
Qeyd edək ki, mayın 30-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ukrayna Rusiya ərazisini NATO silahları ilə vurarsa, buna görə məsuliyyət Şimali Atlantika Alyansının üzərinə düşəcək.
Bundan əvvəl Britaniya, Fransa, Polşa, İsveç, Çexiya, Finlandiya, Hollandiya, Kanada, Litva, Latviya və Estoniyanın Rusiyadakı hədəflərə qarşı silah istifadəsinə icazə verdiyi bildirilirdi. “The New York Times” və “Politico”nun yazdığına görə, Co Bayden və Olaf Şolz da Kiyevə belə icazə verməyə yaxındırlar.
Turan İSMAYIL