Bayden Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə icazə verib - KİV
ABŞ Prezidenti Co Bayden gizli şəkildə Ukraynaya Amerika silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək icazəsi verib.
Redaktor.az xəbər verir ki, bu barədə "Politico" nəşri öz mənbələrinə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, söhbət Rusiyanın Xarkov vilayətinə qonşu olan bölgələrindən gedir.
Xatırladaq ki, bBundan əvvəl Britaniya, Fransa, Polşa, İsveç, Çexiya, Finlandiya, Hollandiya, Kanada, Litva, Latviya və Estoniyanın Rusiyadakı hədəflərə qarşı silah istifadəsinə icazə verdiyi bildirilirdi.
Turan İSMAYIL