Tramp Prezident seçilməsə onu ağır cəza gözləyir
Nyu-York məhkəməsinin andçıları ölkənin keçmiş prezidenti Donald Trampı porno aktrisaya ödənişlə bağlı biznes sənədlərini saxtalaşdırmaqda təqsirli biliblər.
Redaktor.az xəbər verir ki, keçmiş dövlət başçısı 34 maddə üzrə təqsirli bilinib.
Andçıların qərarından sonra hüquqi prosesin növbəti mərhələsi hökmün çıxarılmasıdır.
Trampın hökmdən şikayət etmək hüququ var. Lakin bu, onun prezidentliyə namizəd olmasına mane olmur. Trampa qarşı irəli sürülən ittihamların cəminə görə mümkün olan maksimum cəza 136 il həbsdir.