Hindistanda istilər can alır

 09:54 31.05.2024     224

Hindistanda həddindən artıq istilər 24 saat ərzində ən azı 20 nəfərin ölümünə səbəb olub.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, son 24 saat ərzində ən çox qurbanların sayı 10 nəfərin öldüyü şərqdəki Odişa ştatında qeydə alınıb.

Yerli dövlət xəstəxanasının həkimləri deyir ki, xəstələr hamısı yolda ölür, xəstəxanaya sağ çatmırlar.

Humay İSGƏNDƏRLİ