Putin Ukraynadan oğurlanan uşaqlarla bağlı tapşırıq verdi

 18:25 31.05.2024     275

Rusiya və Ukraynadan olan uşaqlar valideynlərinə qovuşmalıdır və bu iş siyasətdən kənar həyata keçirilməlidir.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Prezident Vladimir Putin uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belova ilə görüşündə deyib.

“Yaxşı, canları cəhənnəmə, bunların hamısı orada siyasi oyunlardır və əsas odur ki, uşaqlar öz sevdiklərinə, ailələrinə qovuşsun, xoşbəxt olsunlar”, - deyə o, bildirib.

Putin qeyd edib ki, bu iş müstəsna olaraq humanitar xarakter daşımalıdır.

Dövlət başçısı onu da vurğulayıb ki, "hər kəs uşaqların döyüş bölgəsində gülləbaranlardan xilas edilməsi nəticəsində Rusiya ərazisinə düşdüyünü" başa düşür.

Ombudsman öz növbəsində qeyd edib ki, uşaqların öz ailələrinə qovuşması istiqamətində həm Rusiya, həm də beynəlxalq tərəfdaşlarla iş aparılır.

Suıtan AYXAN