NATO-nun hərbi-sənaye kompleksi yaradıldı

 18:58 31.05.2024     183

NATO kollektiv müdafiəni gücləndirmək və hərbi sənaye kompleksini (MİK) qurmaq üzərində işləyir.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken mayın 31-də NATO xarici işlər nazirlərinin Praqada keçirilən toplantısından sonra məlumat verib.

“Biz həmçinin kollektiv müdafiə və çəkindirməni gücləndirmək üçün çalışırıq. Biz istehsal gücünü artırırıq, hərbi sənaye kompleksini gücləndiririk”.

O, həmçinin bəyan edib ki, NATO alyans ölkələrinin müdafiəsini təmin etmək üçün onların hər biri üçün tələbləri əks etdirən regional planlar təqdim edəcək.

Sultan AYXAN