Müxalifətin yeni etiraz aksiyasının yeri və tarixi AÇIQLANDI

 21:35 31.05.2024     330

Müxalifət hərəkatının lideri, Ermənistanın baş nazirliyinə namizəd Baqrat Qalstanyan paytaxtın mərkəzində çıxışı zamanı tərəfdarlarını Gümrü və İrəvanda yeni etiraz aksiyaları keçirməyə çağırıb.

Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.

O bildirib ki, iyunun 1-i səhər müxalifət Gümrüyə gedəcək və orada Teatr meydanında mitinq keçirəcək. İyunun 2-də onlar hökumət binasına getmək niyyətindədirlər.

Qeyd edək ki,  Qalstanyan Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edir.

Yusif EYVAZLI