Hakan Fidan və Blinken arasında telefon danışığı baş tutdu
Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün ABŞ dövlət katibi Entoni Blinken ilə telefon danışığı aparıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.
Müzakirələr zamanı HƏMAS və İsrail arasında aparılan danışıqlarda gündəmə gətirilən son təklif müzakirə edilib.