250 metr hündürlükdə küləyin "oyuncağına" çevrildilər
Çinin paytaxtı Pekində yerləşən Mərkəzi Televiziya binasında qorxulu hadisənin görüntüləri qeydə alınıb.
Redaktor.az "PulN3" "Telegram" kanalına istinadən xəbər verir ki, 250 metr hündürlükdə işləyən pəncərəsilən briqada güclü küləyə görə ölümlə üz-üzə qalıb.
Hadisə yerinə dərhal xilasetmə qüvvələri cəlb edilib. Möcüzə nəticəsində onlarla işçini xəsarət almadan xilas etmək mümkün olub.
Qeyd edək ki, 405 metr hündürlüyü olan Çin Mərkəzi Televiziyasının binası ölkənin ən hündür tikililərindən biridir.