ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı saxlanıldı
ABŞ Hərbi Dəniz Qüvvələrinin Avropa və Afrikadakı keçmiş komandanı və NATO Müttəfiq Qüvvələrinin Neapoldakı keçmiş komandanı admiral Robert Berk rüşvət almaqda ittiham olunaraq saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Məlumata əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinin təqaüdə çıxmış admiralı və iki sahibkar "hökumət müqaviləsi ilə korrupsiya sxemində" iştirak ediblər.
Günahı sübuta yetirilərsə, Berki 30 ilə qədər, onun iki şərikini isə 20 ilə qədər həbs cəzası gözləyir.